Sandu təsdiqlədi: Moldovanın dövlət dili dəyişdirildi

Tokio, 23 mart , /AJMEDIA/

Moldova Prezidenti Maya Sandu dövlət dilinin adının moldav dilindən rumın dilinə dəyişdirilməsi ilə bağlı parlamentin qərarını təsdiqləyib.

AJMEDIA xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində məlumat verib.

“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanun elan etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin”, – Sandu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts