Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

Tokio, 27 dekabr , /AJMEDIA/

ABŞ Prezidenti Co Bayden qar fırtınası ilə əlaqədar Nyu-York ştatında fövqəladə vəziyyət elan edib.
AJMEDIA TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin saytındakı açıqlamada bildirilib.
Qeyd olunub ki, Bayden ölkənin Daxili Təhlükəsizlik Departamentinə və ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin mütəxəssislərinə sakinlərə kömək etmək tapşırığı verib.
Xatırladaq ki, ötən həftə ABŞ ərazisinin böyük bir hissəsi güclü külək və qar yağması ilə müşayiət olunan fırtınaya məruz qalıb. Bir çox ştatlarda temperatur rekord həddə aşağı düşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts