Kiyevdə Ukrayna və Cənubi Koreya prezidentlərinin görüşü olub

Tokio, 15 iyul , /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevə gələn Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə görüşüb.
AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Teleqram” kanalında bildirib.
“Bu gün Koreya Respublikasının Prezidenti Yun Sok Yol və birinci xanım Kim Keon Hi Ukraynadadır. Bu səfər zamanı münasibətlərimiz tarixində ilk dəfə biz insanların normal və təhlükəsiz həyatı üçün vacib olan hər şeyi müzakirə edirik”, – deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, görüş zamanı tərəflər müharibə zamanı deportasiya edilmiş insanların geri qaytarılması, Ukraynanın təqdim etdiyi “Sülh formulu”nun reallaşması, Qlobal Sülh Sammitinə hazırlıq, ərzaq və enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Əminəm ki, biz birlikdə xalqlarımıza, Ukrayna və Koreya Respublikasının qlobal mövqelərinə daha çox güc verəcəyik”, – deyə Volodimir Zelenski əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts