Kiyev İran istehsalı kamikadze dronların hücumuna məruz qalıb, dağıntılar var

Tokio, 30 dekabr , /AJMEDIA/

Dekabrın 30-na keçən gecə Rusiya ordusu kamikadze dronlarla Kiyevə hücum edib. Ukrayna müdafiəçiləri düşmənin bütün dronlarını vurublar.
AJMEDIA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.
“Təcavüzkarın heç bir nəticəsi olmayan dünənki raket hücumundan sonra bu gecə paytaxt İran istehsalı “Şahedi” dronlarının hücumuna tab gətirib”, – deyə Popko əlavə edib.
Onun sözlərinə görə, Kiyevin hava məkanında düşmənin 5 pilotsuz təyyarəsi qeydə alınıb. Hava hücumundan müdafiə qüvvələri bütün hədəfləri atəşə tutub.
“Kamikadze dronunun qalıqlarından biri “Qoloseyevski rayonundakı inzibati binaya dəyib. Nəticədə bina qismən dağılıb, yaxınlıqdakı yaşayış binasının isə pəncərələri zədələnib. Həlak olanlar barədə məlumat daxil olmayıb. Bütün məlumatlar dəqiqləşdirilir”, – deyə Administrasiya rəhbəri vurğulayıb.
Qeyd edək ki, hava hücumu xəbərdarlığı dekabrın 30-da səhər saat 4:30-da ləğv edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts