İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması barədə sazişin imzalanma mərasimi keçirilib

Tokio, 23 iyul , /AJMEDIA/

İstanbulda Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin daşınması ilə bağlı sazişin imzalanma mərasimi keçirilir.
AJMEDIA xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak edir.
Bu məqsədlə BMT-nin Baş katibi və Rusiyanın müdafiə naziri Sergey Şoyqu İstanbula səfər ediblər.
Türkiyənin problemin həlli istiqamətində göstərdiyi səylərin nəticəsində imzalanacaq saziş ilə Ukraynanın Qara dəniz limanlarının taxıl ixracı üçün yenidən açılması gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts