Hacıqabulda “Mədəniyyətimizin beşiyi-Şuşa” adlı sərgi açılıb

Tokio, 23 aprel , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, “Şuşa İli” çərçivəsində Hacıqabul rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə şəhər, qəsəbə və kənd mədəniyyət müəssisələrində Şuşa şəhərinin qədim tarixinə, mədəniyyətinə və incəsənətinə həsr olunan müxtəlif tədbirlər keçirilir.
Sabirabad Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, tədbirlərin davamı olaraq, Hacıqabul rayon Mədəniyyət Mərkəzində “Mədəniyyətimizin beşiyi – Şuşa” adlı sərgilər nümayiş olunub, konsert proqramı təşkil edilib.
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, icra nümayəndələri, YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmiraslanov, Təhsil Şöbəsinin müdiri Bəxtiyar Ələkbərov, Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov, şəhid valideynləri, idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, “Şuşa İli” ilə bağlı mədəniyyət ocaqlarında təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən söhbət açıb. Bildirib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rolu var.
Daha sonra çıxış edən icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova vurğulayıb ki, Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş Şuşada bu gün şəhərin tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir.
O, eyni zamanda, şəhid analarına dərin hörmət və ehtiramını bildirərək, tədbirdə iştirak etdiklərinə görə onlara təşəkkürünü ifadə edib.
Tədbir konsert proqramı ilə davam etdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts