Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirilib

Tokio, 3 sentyabr , /AJMEDIA/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabeliyində olan üzv təşkilatlar tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev konfransda məruzə ilə çıxış edərək, 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbədən, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 16 min 135 həmkarlar ittifaqı təşkilatı və təqribən 1 milyon 121 min 946 həmkarlar ittifaqı üzvü olmaqla, Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərini özündə birləşdirir və onların əmək, sosial-iqtisadi hüquq və mənafelərini təmsil və müdafiə edir.
Diqqətə çatdırılıb ki, dünyada mövcud olan bütün həmkarlar ittifaqlarının proqramlarında, nizamnamələrində, məramnamələrində qeyd olunub ki, bu birliklərin fəaliyyətinin mərkəzində insan faktoru dayanır və onların sosial problemlərinin həllinə, iqtisadi maraqlarının təmin olunmasına, əmək sahəsində bütün qanuni hüquq və mənafelərin qorunmasına xidmət edir. Bu da insan hüquq və azadlıqlarının təminatı baxımından demokratiyanın prinsip və vəzifələrinə tam uyğun olmaqla, vətəndaş cəmiyyətinin formalaşmasına və mütərəqqi istiqamətdə inkişafına mühüm töhfədir. Məhz buna görə də hər bir cəmiyyətdə vətəndaş cəmiyyətinin formalaşması üçün həmkarlar ittifaqlarının yaradılması zərurətə çevrilmişdir. Ölkəmizdə həmkarlar ittifaqları yarandığı və formalaşmağa başladığı tarixdən bu günə kimi dövrün tələblərinə uyğun şəkildə əsas ideologiyasına sadiq qalaraq funksiyalarını uğurla və mütəşəkkil səviyyədə davam etdirib, böyük inkişaf yolu keçib.
Qeyd olunub ki, AHİK işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərinin təmsil olunmasını, kollektiv danışıqların aparılmasını, kollektiv müqavilələrin, sazişlərin bağlanmasını və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini özünün əsas vəzifələrindən hesab edir və bu sahədə ixtisaslaşmış ictimai qurum kimi cəmiyyətdə özünü təsdiqləyib. Bununla yanaşı, ittifaq üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əməyin mühafizəsi, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə ictimai nəzarətin təşkili istiqamətində ardıcıl olaraq əhəmiyyətli və effektiv işlər görülür.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev konfransın əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfransda yerlərdə insanların həmkarlar ittifaqlarına əlçatanlığı müzakirə ediləcək.
Konfransda Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədri Cahangir Əliyevin, Dəmiryolçuların Müstəqil HİRK-in sədri Fəzail Bağırovun, Azərbaycan Milli Elmlər Akademiyası İşçiləri Azad Hİ-nın sədri Habil Qurbanovun və Səhiyyə İşçiləri HİRK-in sədr müavini Cavid Məmmədovun çıxışları dinlənilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts