“Qarabağın dünəni, bu günü, sabahı”: Şuşa Zəfəri

Tokio, 26 dekabr , /AJMEDIA/

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəyə yekun vurulub.
AJMEDIA xəbər verir ki, layihənin son təqdimatı dillərdə dastan olan Şuşa Zəfərinə həsr edilib.
1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən Şuşanın işğalı nəticəsində yüzlərlə günahsız vətəndaş qətlə yetirilib, yaralanıb və minlərlə insan öz yurdundan didərgin düşüb.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan olunmuş və məhv edilmişdir.
Azərbaycan xalqı 30 ilə yaxın müddətdə 8 may tarixini Şuşanın işğalı günü kimi qeyd edib. Bu işğal günündə hər zaman şəhidlərimiz anılıb, insanlarımızın başına gətirilən müsibətlərin unudulmamasının vacibliyi aşılanıb.
2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları elə Şuşanın azad olunması ilə sonlandırıldı. Şuşa azad olunan kimi Ermənistan təslim olmaq məcburiyyətində qalaraq, üçtərəfli Bəyanatı imzalamağa razılaşdı.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi.
Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan sayılır.
Beləliklə, Şuşanın azad edildiyi tarix – 8 Noyabr Azərbaycanda Zəfər günü elan edildi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts