“Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

Tokio, 5 noyabr , /AJMEDIA/

“Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa – Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.
Muzeydən AJMEDIA-ya bildirilib ki, layihənin növbəti təqdimatı mədəniyyət paytaxtımız Şuşanın zərgərlik məmulatlarına həsr olunub.
Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən sənətkarlıq nümunələri – onun tərkib hissəsi olan zərgərlik məmulatları ilə də zəngindir.
XVIII əsrdən başlayaraq Şuşada daha rəvan inkişaf etmiş sənət sahələrindən biri də zərgərlik olub. XX əsrin əvvəllərində isə bu sənət öz inkişafında ən yüksək zirvəyə çatıb. Yerli zərgərlərin emalatxanalarında hazırlanan zinət əşyaları daima yüksək qiymətləndirilib. Hər bir azərbaycanlı xanım onlara sahib olmağı arzulamış, tacirlər onları Çin, Rusiya bazarlarında uğurla satmışlar. Bu gün türk ənənələrinə uyğun hazırlanmış fantastik zərgərliyə malik həmin məmulatları dünyanın aparıcı muzey ekspozisiyalarının ən hörmətli yerlərində görmək mümkündür.
Qızıl, gümüş, qiymətli daşlardan hazırlanan bəzək əşyaları bir neçə qrupa bölünürdü. Diademalar, alın və gicgah bəzəyən əşyalar, sırğalar və qulaq halqaları, baş zinətlərinə halsedon, yaqut, firuzə, mirvaridən düzəldilən kulonlar və muncuqlar, sikkə və lövhələrdən hazırlanan boyunbağılar boyun- sinə zinətlərinə, müxtəlif şəkilli toqqaları olan qızıl və gümüş kəmərlər isə bel zinətlərinə aid idi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts