“Şuşa İli” çərçivəsində Ankarada tədbir keçirilib

Tokio, 23 noyabr , /AJMEDIA/

Azərbaycanın Türkiyədəki Səfirliyi, “PAŞA Həyat Sığorta” ASC və “İrs” jurnalının birgə təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Milliyyət Kitabxanasında “Şuşa İli” münasibətilə konfrans və kitab təqdimatı keçirilib.
AJMEDIA xəbər verir ki, əvvəlcə Türkiyə Prezident Administrasiyasının Milliyyət Kitabxanasındakı Azərbaycan bölməsinə mərasimə qatılan rəsmi şəxslər və görkəmli ziyalıların iştirakı ilə ölkəmizlə bağlı nadir kitablar hədiyyə edilib.
Sonra “Şuşa İli” şərəfinə düzülən sərgi ilə tanış olublar.
Azərbaycanın qədim tarixini, təbiətimizin əsrarəngiz gözəlliyini, Bakının əzəmətini, Naxçıvanın füsunkar dağlarını özündə əks etdirən fotolar barədə iştirakçılara ümumi məlumat verilib.
Tədbirdə Azərbaycan həqiqətlərinə dair nadir nəşrlərlə tanışlıq olub.
Mərasimin girişində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Şuşa mövzusunda filmin nümayişindən sonra çıxışlar olub.
Təqdimatı keçirilən “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəfis tərtibatda, yüksək dizayn və poliqrafiya ilə hazırlanan nəşrlər barədə iştirakçılara müfəssəl məlumat verilib, kitablar hədiyyə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts