“Şuşa, sən azadsan” filmi bu dəfə Qaradağda göstərilib

Tokio, 9 dekabr , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan” adlı sənədli film nümayiş olunub.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, filmin nümayişində 106, 139 nömrəli tam orta məktəblərin, habelə 166 nömrəli məktəb-liseyin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirin aparıcısı Nuranə Davrinbəyova Azərbaycan əsgərinin şücaət və mərdliyindən, qanları ilə yazdıqları qəhrəmanlıq dastanından söz açıb.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan film Zəfər bayramı ərəfəsində çəkilib. İkinci Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Ekran əsərində Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş kadrlar yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts