Gürcüstanda tələbələrin həqiqi hərbi çağırışdan möhlət hüququ ləğv olunacaq

Tokio, 3 mart , /AJMEDIA/

Gürcüstanda tələbələrin həqiqi hərbi çağırışdan möhlət hüququ ləğv olunacaq. Bununla əlaqədar ölkənin Müdafiə Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək. Dəyişikliklərə əsasən, tələbə statusu artıq məcburi hərbi xidmətin təxirə salınması üçün əsas olmayacaq.
AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin müavini Qriqol Qiorqadze “Birinci kanal” televiziyasına (1tv.ge) efirində çıxışında bildirib.
Onun sözlərinə görə, tələbə statusu daşıyan və təsadüfi seçiləcək tələbələr də daxil olmaqla, bütün çağırışçılar üçün məcburi hərbi xidmət tələb edən yeni Müdafiə Məcəlləsi üzərində iş aparılır: “Bu gün bizdə möhlət üçün əsas tələbə statusu mövcuddur. Təklif olunan dəyişikliklə tələbə statusu möhlət üçün avtomatik əsas sayılmayacaq”.
O bildirib ki, hərbi xidmətə çağırış üçün tələbələrin müəyyənləşdirilməsi təsadüfi seçim prinsipi əsasında, elektron proqram vasitəsilə aparılacaq. Belə ki, əgər bu il həqiqi hərbi xidmətə təqribən 7 min nəfər çağırılmalıdırsa və onların 6500-ü tələbə statusu olmayan vətəndaşlardırsa, o zaman qalan 500 yer tələbələrin hesabına doldurulacaq.
Nazir müavininin sözlərinə görə, tələbələr təhsillə yanaşı, 6 aylıq, 8 aylıq, 11 aylıq və ya 4 illik hərbi xidmət proqramı seçmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, yeni qanun layihəsi artıq parlamentin komitə iclaslarında müzakirə olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts