G7 Rusiya neftinə qiymət tavanını 60 dollar olaraq saxlamağa tərəfdardır

Tokio, 18 aprel , /AJMEDIA/

Bəzi ölkələrin Rusiya neftinin barelinə qoyulan qiymət tavanının aşağı salınması barədə təkliflərinə baxmayaraq, “Yeddilər qrupu” ölkələri (G7) qiyməti 60 dollar səviyyəsində saxlamağın tərəfdarıdır.
AJMEDIA Reuters agentliyinə istinadla xəbər verir ki, G7 və Avstraliya qiymət məsələsini yenidən nəzərdən keçirdikdən sonra onu 60 dollar səviyyəsində saxlamaq barədə qərar qəbul edib.
Qeyd edək ki, “Yeddilik qrupu” ölkələri, Avropa İttifaqı və Avstraliya 2022-ci il dekabrın 5-dən etibarən dəniz yolu ilə tədarük edilən Rusiya neftinin barelinə 60 dollar qiymət tavanı qoyub. 2023-cü il fevralın 5-dən isə məhdudiyyətlər Rusiyadan idxal olunan neft məhsullarına da şamil edilib və məhsulun növündən asılı olaraq bir barel 45-100 dollar civarında müəyyənləşdirilib. Qiymət tavanının dəyişməsi üçün Avropa İttifaqı və G7 ölkələrinin yekdil razılığı olmalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts