Filippində “Ray” tufanı nəticəsində ölənlərin sayı 400-ə yaxınlaşıb

Tokio, 29 dekabr, /AJMEDIA/

Filippində Sakit okeanda əmələ gəlmiş çox güclü “Ray” tufanı nəticəsində ölənlərin sayı 397 nəfərə çatıb.

AJMEDIA xəbər verir ki, bu barədə Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Şurası məlumat yayıb.

Şura tərəfindən dərc olunan son məlumata görə, ümumilikdə 397 nəfər ölüb, 1147 nəfər xəsarət alıb və 83 nəfər itkin düşüb.

Bildirilir ki, ümumilikdə təbii fəlakət nəticəsində 4 milyon 230 min nəfər zərər çəkib. Həmçinin 284 yaşayış məntəqəsinə hələ də elektrik enerjisinin verilişində fasilələr davam edir.

İlkin hesablamalara görə, tufan infrastruktura və kənd təsərrüfatına ümumilikdə 16,71 milyard peso (330,7 milyon dollar) ziyan vurub. Bundan əlavə, fəlakət nəticəsində 167,4 min ev tamamilə dağılıb, 508,7 min tikili ziyan çəkib.

Filippin prezidenti Rodriqo Duterte təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün dekabrın 22-də ölkənin altı regionunda bir il müddətinə fövqəladə vəziyyət rejimi elan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts