Filippin sahillərində 5,2 bal gücündə zəlzələ olub

Tokio, 8 Oktyabr, /AJMEDIA/

Oktyabrın 8-də Filippinin Luson adaları sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentri Kalataqan bələdiyyəsindən 19 kilometr şimal-qərbdə, ocağı 131 kilometr dərinlikdə yerləşib. Bunun iyulun 24-də həmin rayonda baş vermiş 6,6 bal gücündə zəlzələnin afterşoku olduğu qeyd edilir.

Mütəxəssislər ərazidə növbəti təkanların gözlənilmədiyini bildirsələr də, bir qədər sonra Kalataqan bələdiyyəsindən 16 kilometr və 5 kilometr məsafədə 2,1 və 1,7 bal gücündə daha iki təkan qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts