Filippin parlamenti sim-kartların icbari qeydiyyatı barədə qanun qəbul edib

Tokio, 7 Dekabr, /AJMEDIA/

Filippin parlamentinin nümayəndələr palatası (aşağı palata) sim-kartların icbari qeydiyyatı barədə qanun layihəsinin son oxunuşunu bəyənib.

AJMEDIA Filippinin “CNN Philippines” saytına istinadla bildirir ki, bu qanun hüquq-mühafizə orqanlarına mobil telefonlardan cinayət məqsədilə istifadə edənləri izləməyə imkan yaradacaq.

Qanuna əsasən, telekommunikasiya şirkətləri və sim-kart satıcıları alıcılardan xüsusi formanı doldurmağı və şəxsiyyəti təsdiq edən sənədlərin sürətini təqdim etməyi tələb etməlidirlər. Həmin formada sim-kart alan şəxsin tam adı, doğum tarixi, cinsi və ünvanı aydın şəkildə göstərilməlidir. Alıcı bu tələbi yerinə yetirməkdən imtina edərsə, həmin şəxsə rabitə xidməti göstərilməməlidir.

Qanunun ölkəyə gələn və sim-kart almaq istəyən əcnəbilərə də şamil ediləcəyi bildirilir. Bununla yanaşı, telekommunikasiya şirkətləri və satıcılar abonentlərin reyestrini yaratmalı və hər altı aydan bir yenilənmiş məlumatları İndoneziya Rabitə və Kommunikasiya Texnologiyaları Nazirliyinə təqdim etməlidirlər. Yeni qaydalara əməl etməyən şirkətlər 1 milyon pesodan (19,8 min dollar) 50 min pesoyadək (990 dollar) cərimə ödəməli olacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts