Çanaqqala boğazı hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb

Tokio, 30 dekabr , /AJMEDIA/

Çanaqqala boğazı qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, bununla əlaqədar Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi tərəfindən şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına xəbərdarlıq edilib.
Duman çəkildikdən sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib. Yerli bərə xidmətləri davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts