Bosniya və Herseqovina təhlükəsizlik baxımından regionda sonuncu yerdədir

Tokio, 14 avqust , /AJMEDIA/

“Qlobal Sülh İndeksi”nə görə, Bosniya və Herseqovina həyat və səyahət üçün ən təhlükəsiz ölkələr sırasında 58-ci yerdə qərarlaşıb.
AJMEDIA xəbər verir ki, Bosniya və Herseqovina təhlükəsizlik baxımından Qərbi Balkan regionunda isə sonuncu yerdədir. Bunun səbəbləri kimi siyasi qeyri-sabitlik, ölkə daxilində mübahisələrin çoxluğu və qonşu ölkələrlə münasibətlər göstərilib.
Qərbi Balkan regionundakı digər ölkələrdən Monteneqro siyahıda 48-ci və Serbiya isə 52-ci sırada qərarlaşıb.
Qeyd edək ki, “Qlobal Sülh İndeksi”ndə dünyanın 163 ölkəsinin siyasi sabitlik, qonşu ölkələrlə münasibətləri, daxili və xarici münaqişələr, cinayətkarlıq səviyyəsi və qaçqınların sayına görə reytinqi dərc olunur

Follow us on social

Facebook Twitter Youtube

Related Posts