ABŞ muzeyləri İtaliyadan qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 200 eksponatı geri qaytarır

Tokio, 6 yanvar, /AJMEDIA/

Son illərdə İtaliyadan qanunsuz yolla çıxarılan, ABŞ-ın məşhur muzey və qalereyalarında nümayiş etdirilən 201 qiymətli tarixi eksponat geri qaytarılacaq.

AJMEDIA xəbər verir ki, qaytarılan tarixi əsərlərin dəyərinin 11 milyon dollardan çox olduğu bildirilir. Həmin eksponatlar Belçika, Niderland, İsveçrə və Almaniyadakı qaçaqmalçılıqla məşğul olan qrupları da hədəf alan böyük əməliyyatlarda ələ keçirilən və ya İtaliyaya qaytarılan minlərlə tarixi əsərin mühüm hissəsini təşkil edir.

Amerika rəsmiləri 201 əsərdən 161-nin İtaliyaya göndərildiyini, 40-nın isə cari ilin mart ayına qədər İtaliyanın Nyu-Yorkdakı Baş Konsulluğunda nümayiş olunacağını bildiriblər.

İtaliyanın mədəniyyət naziri Dario Françesçini deyib ki, əvvəlkilərdən fərqli olaraq bu tarixi əsərlər yalnız bir muzeydə nümayiş olunmayacaq. Həmin eksponatlar oğurlandıqları şəhərlərdəki muzeylərə qaytarılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts