Yaponiyanın yeni ədliyyə naziri ölkənin immiqrasiya sistemində dəyişikliklər aparacağını bildirib

Tokio, 6 Oktyabr, /AJMEDIA/

Yaponiyanın yeni ədliyyə naziri Furukava Yoşihisa Şri-Lankadan olan gənc qadının izolyatorda saxlanması zamanı həyatını itirməsi barədə hadisəni xatırladaraq, ölkənin immiqrasiya sistemində dəyişikliklər aparılacağını bəyan edib.

AJMEDIA xəbər verir ki, bu barədə yeni nazir Tokioda təşkil edilən ilk mətbuat konfransı zamanı bildirib. Yaponiyaya məhəbbətlə yanaşan bir insanın belə şəraitdə ölməsindən kədərləndiyini bildirən nazir onun ailəsinə dərin hüznlə başsağlığı verdiyini də deyib.

F.Yoşihisa hazırda xüsusi komissiya tərəfindən immiqrasiya sistemində mövcud olan problemlərlə əlaqədar hesabatın hazırlandığını və bu komissiyanın təklifləri nəzərə alınaraq sistemdə müvafiq dəyişikliklərin aparılacağını qeyd edib.

Nazir bildirib ki, immiqrasiya xidməti ölkənin ümumi konsepsiyasında mühüm əhəmiyyətə malikdir və buna görə də müxtəlif təkliflər diqqətlə öyrənilərək lazımi tədbirlər görüləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts