Yaponiya və ABŞ yeni nəsil mikroçiplərin istehsalı üzrə birgə mərkəz yaradır

Tokio, 29 iyul , /AJMEDIA/

Yaponiya və ABŞ yeni nəsil 2 nanometrlik mikroçiplərin istehsalı üzrə birgə elmi-tədqiqat mərkəzi yaratmaq niyyətindədirlər.
AJMEDIA xəbər verir ki, bu barədə iyulun 29-da “Nikkei” qəzeti məlumat yayıb.
Yeni çiplərin Yaponiya Çiplərin Tədqiqatı İnstitutu, Tokio Universiteti və Təbiət Elmləri İnstitutu tərəfindən əməkdaşlıq yolu ilə yaradılacağı qeyd edilir. Bu zaman lazımi avadanlıq və mütəxəssislər ABŞ Yarımkeçiricilər Milli Mərkəzi tərəfindən təqdim ediləcək.
Elmi tədqiqatlar zamanı çox cüzi miqdarda enerji sərfiyyatı yolu ilə yüksək istehsalı təmin edəcək yeni 2 nanometrlik yarımkeçiricilərin araşdırılması nəzərdə tutulur. Tədqiqat mərkəzində istehsal xəttinin prototipinin yaradılması, məhsulun kütləvi istehsalına Yaponiyada 2025-ci ildə başlanması planlaşdırılır.
Yarımkeçiricilər sahəsində əməkdaşlıq barədə müqavilənin isə Yaponiya və ABŞ-ın xarici işlər və iqtisadiyyat nazirlərinin iyulun 29-da “2+2” formatında keçiriləcək ilk görüşündə imzalanacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts