Yaponiya şirkətləri zəif eşidənlər üçün səsin vizuallaşdırılmasına başlayıb

Tokio, 25 iyul , /AJMEDIA/

Yaponiyada çox şirkət zəif eşidənlərə yardım etmək məqsədilə səsin vizuallaşdırılmasına başlayıb.
AJMEDIA xəbər verir ki, iyunda Şərqi Yaponiya dəmir yolu şirkəti Tokio şəhərətrafı nəqliyyat mərkəzi hesab edilən “Ueno” stansiyasında bu sistemin sınaqlarına başlayıb. Həmin sistem süni intellektdən istifadə edərək yaxınlaşan qatarların səsini və ictimai elanları təhlil edir. Bundan sonra həmin səslər platforma üzərində quraşdırılmış ekrana transkripsiya olunur.
Sistemin müəllifi, elektronika istehsalı sahəsində tanınmış “Fujitsu” şirkətinin nümayəndəsi Honda Tatsuya bildirib ki, sistemin hazırlanması zamanı ən çox müzakirə edilən məsələ yaddaqalan qrafikanın seçilməsi idi: “Bu məqsədlə eşitmə problemi olan dizayner dəvət edilib. Ümid edirik ki, layihə zəif eşidən şəxslərin məlumatlanmasında mühüm rol oynayacaq”.
Layihə ilə bağlı sınaqların cari ilin dekabrınadək davam edəcəyi qeyd edilir. Həmin sistemin digər stansiyalarda da quraşdırılması və onunla bağlı rəylərin toplanması nəzərdə tutulur.
Bununla yanaşı, Tokioda fəaliyyət göstərən digər şirkət ötən ildən smartfonlar üçün gündəlik səsləri görüntüyə çevirən əlavə tətbiq istifadəyə verib. Həmin əlavə əvvəlcədən qeydə alınmış səsi, məsələn yanğın siqnalizasiyasını və ya yaxınlaşan təcili yardım maşınının siqnalını qəbul etdikdə xəbərdarlıq göndərərək, smartfonu söndürür. Əlavənin istifadəçiləri yaşadıqları mühitə uyğun olaraq yeni səsləri qeydiyyata ala bilərlər. Bu sıraya domofonun səsini və ya uşaq ağlamasını daxil etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts