Yaponiya inkişaf etməkdə olan ölkələrin peyvəndlə təmin olunmasına 500 milyon dollar ayıracaq

Tokio, 9 aprel , /AJMEDIA/

Yaponiya inkişaf etməkdə olan ölkələrin COVID-19-a qarşı peyvəndlə təmin olunması üçün əlavə 500 milyon dollar vəsait ayıracaq.

AJMEDIA xəbər verir ki, bu barədə aprelin 8-də Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib.

Baş nazir bildirib ki, peyvəndlər pandemiya ilə mübarizə üçün çox güclü alətə çevrilib, lakin bəzi ölkələr onları əldə etməkdə hələ də problemlər yaşayır. “Biz pandemiyanın aradan qaldırılması üçün hər bir ölkənin və regionun peyvəndlə bərabər səviyyədə təmin edilməsinə çalışmalıyıq”, – deyə F.Kişida bildirib.

Qeyd edək ki, Yaponiya iki il ərzində COVAX mexanizminin dəstəklənməsinə 1 milyard dollar vəsait ayırıb. Bundan əlavə, bu ölkə əsasən Cənub-Şərqi Asiya ölkələrinə təqribən 43 milyon doza peyvənd göndərib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts