Yaponiya ABŞ-dən 400-dək “Tomahawk” raketi almağı planlaşdırır

Tokio, 27 fevral , /AJMEDIA/

Yaponiya hökuməti ABŞ-dən 400-dək “Tomahawk” qanadlı raketi almağı planlaşdırır.
AJMEDIA Kyodo agentliyinə istinadla xəbər verir ki, bunu hakim partiyanın nümayəndələri ölkə parlamentinin aşağı palatasının büdcə komissiyası şurasında bildiriblər. Alınması planlaşdırılan raketlərin sayını isə Yaponiyanın Baş naziri Fumio Kişida parlamentdə keçirilən debatda səsləndirib.
Bir müddət öncə Yaponiya hökuməti ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək üçün ABŞ-dən “Tomahawk” raketləri almaq niyyətində olduğunu bildirsə də, onların sayını məxfi saxlamışdı.
Qanadlı raketlərin 2026-cı ildə gəmilərə yerləşdiriləcəyi gözlənilir. “Tomahawk” raketlərinin uçuş məsafəsi 1,6 min kilometrdən 2,5 min kilometrə qədər dəyişə bilər. Tokio, eyni zamanda, öz istehsalı olan “Type 12” raketlərini modernizə edir; onların uçuş məsafəsi min kilometri ötməlidir. Bu silahlar mobil yerüstü qurğular, həmçinin gəmilər və təyyarələr üçün nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts