Voleybol üzrə Azərbaycan Yüksək Liqasının oyunu təxirə düşüb

Tokio, 21 yanvar , /AJMEDIA/

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” – “Xarıbülbül” oyunu yanvarın 22-də saat 18:00-da keçirilməli idi.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AJMEDIA-ya bildiriblər ki, “Xarıbülbül” voleybol klubunun rəhbərliyinin federasiyaya ünvanladığı müraciətində komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub.
AVF rəhbərliyi vəziyyəti nəzərə alaraq yanvarın 22-də saat 18:00-da oynanılması nəzərdə tutulan “Neftçi” – “Xarıbülbül” görüşünü təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” – UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts