Lisenziya turniri: Azərbaycanın 3×3 basketbol millisi ilk oyunda qələbə qazanıb

Tokio, 12 aprel , /AJMEDIA/

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə mübarizəyə başlayıb.

AJMEDIA xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın ilk rəqibi Çili seçməsi olub. Görüş komandamızın 17:14 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi aprelin 13-də isə Monqolustan və Niderland komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmanın heyətində Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker yer alırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts