Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Tokio, 24 aprel , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

AJMEDIA xəbər verir ki, günün ilk qarşılaşmasında “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edəcək. Komandalar arasındakı ilk qarşılaşmada paytaxt klubu 2:1 hesablı qələbəyə sevinib. Saat 17:00-da başlayacaq oyunu Tural Qurbanov idarə edəcək.

Azərbaycan derbisində isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Neftçi”ni sınağa çəkəcək. İlk görüşdə Ağdam təmsilçisi rəqibini 4:0 hesabı ilə üstələyib. Saat 20:00-da start götürəcək matçda ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.

Yarımfinal, cavab oyunları

24 aprel

17:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

VAR: Cavid Cəlilov.

AVAR: Eyyub İbrahimov.

Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Tofiq Bəhramov adına Respublika Stadionu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts