Premyer Liqa: Turun son oyunlarında “Sabah” və “Səbail” qalib gəlib

Tokio, 21 aprel , /AJMEDIA/

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

AJMEDIA xəbər verir ki, “Kəpəz” “Sabah”ı qəbul edib. Görüş “tələbələr”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda “Araz-Naxçıvan” və “Səbail” komandaları üz-üzə gəliblər. Bu matç isə ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb

Turun daha əvvəl reallaşan qarşılaşmalarında “Sumqayıt” “Turan Tovuz”u 4:1, “Zirə” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. “Qarabağ” – “Qəbələ” oyunu isə qollu heç-heçə ilə bitib – 2:2.

Bu nəticədən sonra daha əvvəl çempionluğunu rəsmiləşdirən “Qarabağ” 73 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 49 xalı olan “Zirə” ikinci, eyni xala malik (47 xal) “Sumqayıt” ilə “Neftçi” isə üçüncü və dördüncü pillələri bölüşürlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts