İsabel Bonnal: Sevindirici haldır ki, Azərbaycan idmanın inkişafına hər zaman öz töhfəsini verib

Tokio, 21 aprel , /AJMEDIA/

“Onu deyə bilərəm ki, Bakı möhtəşəm və ecazkar şəhərdir”.

AJMEDIA xəbər verir ki, bu sözləri Monakonun təhsil, gənclər və idman komissarı İsabel Bonnal “Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi” mövzusunda təşkil olunan mətbuat konfransında deyib.

O, xoş qarşılanmaya görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib: 2Azərbaycan idmanın inkişafına hər zaman öz töhfəsini verib. Bakının küçələrində müxtəlif yaş kateqoriylarından insanların idmanla məşğul olduğunu görmək mümkündür. Bu, olduqca xoş məqamdır”.

İ.Bonnal həmçinin Azərbaycanın cüdo mərkəzində və Milli Gimnastika Arenasında idmançılar üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts