Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Tokio, 20 aprel , /AJMEDIA/

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Almaniyanın “Bavariya” komandasına rəhbərlik edə bilər.

AJMEDIA xarici mediaya istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis bu postda mövsümün sonunda klubdan ayrılacaq Tomas Tuxeli əvəzləyəcək.

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar aparılıb. Avstriya yığması almaniyalı çalışdırıcının Münxen təmsilçisinə keçəcəyi halda müqaviləni pozmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, “Bavariya” hazırkı baş məşqçi Tomas Tuxellə 2025-ci ilin yayınadək olan müqavilənin vaxtın əvvəl pozulması barədə qarşılıqlı razılıq əldə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts