İtaliyalı gimnast: Əziyyətimin bəhrəsini gördüm

Tokio, 21 aprel , /AJMEDIA/

“Əziyyətimin bəhrəsini gördüm”.

Bu sözləri açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda gürzlərlə çıxışda birinci olan Sofiya Raffaeli deyib.

İtaliyalı gimnast bildirib ki, Azərbaycan paytaxtında təşkil olunmuş yarış onun üçün uğurlu alınıb: “Gürzlərlə hərəkətdə birinci, halqa ilə isə ikinci yerin sahibi oldum. Nəticəmdən çox şadam. Əziyyətimin bəhrəsini gördüm”.

20 yaşlı gimnast Bakıda təşkil olunan Dünya Kubokunun onun üçün maraqlı təcrübə olduğunu söyləyib: “Əla hisslər idi. Daha əvvəl böyük nəticələr qazansam da, burada çıxış etmək fərqli təcrübə oldu. Daha çox çalışıb, birinci olmaq istəyirəm”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts