AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir

Tokio, 1 may , /AJMEDIA/

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təmiz idman təbliğatını davam etdirir.

AMADA-dan AJMEDIA-ya verilən məlumata görə, bu dəfə məkan tarixi ərazimiz olan Suqovuşan qəsəbəsidir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş akademik avarçəkmə, kanoe və kayak üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatası çərçivəsində keçirilən maarifləndirmə proqramında idmançılar antidopinq sistemi barədə məlumatlandırılıb, təmiz və ədalətli idman prinsiplərinə sadiqlik nümayiş etdirməyin vacibliyi diqqətə çatdırılıb.

Həmçinin idmançılar maarifləndirici sorğularda iştirak ediblər. Antidopinq sistemi barədə sualları əhatə edən sorğulara doğru cavab verən idmançılara AMADA-dan hədiyyələr təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts