Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar

Tokio, 22 aprel , /AJMEDIA/

Azərbaycanın yeniyetmə və gənc qılıncoynadanları Səudiyyə Ərəbistanında keçirilən dünya birinciliyində çıxışlarını başa vurublar.

AJMEDIA xəbər verir ki, Zərifə Hüseynova, Fərəh Abasova, Züleyxa Sultanlı və Valentina Zeynalova gənc qız sablyaçıların komanda yarışında Bolqarıstan yığmasına 32:45 hesabı ilə məğlub olub. Şəxsi yarışda Zərifə Hüseynova ən güclü “32-liy”ə yüksəlmək uğrunda keçirilən görüşdə mübarizəni dayandırıb. Yeniyetmə sablyaçıların şəxsi yarışında Valentina Zeynalova ən güclü “64-lüy”ə kimi irəliləməyi bacarıb.

Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh Məmmədovdan ibarət milli isə komanda yarışında Almaniya kollektivinə 43:45 hesabı ilə uduzub. Şəxsi yarışda qrup mərhələsini uğurla başa vuran oğlan sablyaçılar ən güclü “64-lüy”ə yüksələ bilməyiblər. Yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında Timur Husnaddinov və Nahid Məmmədli ən güclü “64-lük”də çıxışını başa vurub.

Qılıncoynatmanın şpaqa növündə Xədicə Həsənli, Aynur Quliyeva, Azərin İdriszadə və Nəzrin Mehdiyevadan ibarət komanda Çin yığmasına 36:45 hesabı ilə uduzub. Şəxsi yarışda Xədicə Həsənli ən güclü “64-lüy”ə yüksəlib.

Səid Əliyev, Vahab Fətullayev, Mirxətai Məmmədov və Emin Səfərbəyovdan ibarət gənc oğlan şpaqaçılardan ibarət yığma ilk görüşdə Niderlanda 45:43 hesabı ilə qalib gəlsə də, ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən görüşdə estoniyalılara uduzub – 30:45. Oğlan şpaqaçıların şəxsi yarışında Vahab Fətullayev və Mirxətai Məmmədov pley-offda məğlub olub. V. Fətullayev yeniyetmələrin yarışında “64-lüy”ə kimi irəliləməyi bacarıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts