Ümummilli Liderin anım günü ilə bağlı virtual sərgi hazırlanıb

Tokio, 12 dekabr , /AJMEDIA/

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar virtual sərgi hazırlayıb.
MEK-dən AJMEDIA-ya bildirilib ki, virtual sərgidə Ulu Öndər Heydər Əliyevin siyasi irsini özündə əks etdirən nəşrlər təqdim olunub. Nəşrlərdə müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi irsi, apardığı uğurlu islahatlar, eləcə də çoxcəhətli mədəniyyət nəzəriyyəsi təhlil olunur. Həmçinin görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsində rolu, yazıçı və şairlərin əsərləri vasitəsilə ölkəmizi tanıtması, yaradıcı simalara qayğı göstərməsi və digər bu kimi məsələlər öz əksini tapıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts