Üçqat Avropa və dünya çempionu Rafiq Hüseynov V İslam Həmrəyliyi Oyunlarının qalibi olub

Tokio, 13 avqust , /AJMEDIA/

Üçqat Avropa və dünya çempionu olan yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
AJMEDIA xəbər verir ki, qızıl medal uğrunda görüşdə təmsilçimiz Qırğızıstan idmançısı Kalidin Asikeyev ilə üz-üzə gəlib.
İlk hissədə hesabda geri olan R.Hüseynov sonradan əzmkarlıq nümayiş etdirərək 6:3 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts