Tviter və İlon Mask arasında sövdələşmə oktyabrın sonunadək yekunlaşa bilər

Tokio, 21 oktyabr , /AJMEDIA/

“Twitter” kompaniyasının məsləhətçiləri və İlon Maskın komandası sosial şəbəkənin 44 milyard dollara satın alınmasına dair müqavilənin bağlamasını bu ayın sonuna qədər başa çatdırmağa çalışırlar.
AJMEDIA Bloomberg agentliyinə istinadla xəbər verir ki, hər iki tərəfin nümayəndələri və hüquqşünaslar məhkəmənin müəyyən etdiyi tarixə – oktyabrın 28-dək sosial şəbəkənin alınması üçün sənədləri hazırlamağa başlayıb. Tərəflər arasında bir neçə ay davam edən münaqişədən sonra danışıqlar daha “səmimi şəkildə” aparılmağa başlanılıb. Kompaniya və sahibkar məhkəmə çəkişmələri ilə məşğul olmaq əvəzinə, sövdələşməni başa çatdırmağı düşünür.
“The Washington Post” qəzetinin məlumatına görə, İlon Mask kompaniyanı satın alacağı təqdirdə işçilərin təxminən 75 faizini ixtisar etmək niyyətində olduğu barədə potensial sərmayədarları məlumatlandırıb.
Xatırladaq ki, hələ aprel ayında “Twitter” kompaniyasının rəhbərliyi amerikalı biznesmen İlon Maskın sosial şəbəkəni 44 milyard dollara almaq istədiyini elan edib. May ayında sahibkar saxta və kütləvi şəkildə reklam hesablarının göndərilməsi üçün istifadə edilən hesabların ümumi istifadəçilərin 5 faizindən az olduğunu təsdiqləyən məlumat əldə etməyə çalışıb. İyulun əvvəlində isə İlon Maskın vəkilləri biznesmenin sövdələşmədən imtina etdiyi barədə kompaniyanı məlumatlandırıb.
“Tesla” və “SpaceX” kompaniyalarının sahibi İlon Mask oktyabrın 4-də müqaviləni yeniləmək və sosial şəbəkəni ilkin qiymətə almaq qərarına gəlib. “The Washington Post” qəzetinin yazdığına görə, sazişin oktyabrın 28-də bağlanacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts