Tviter kompaniyası İlon Maskı məhkəməyə verib

Tokio, 13 iyul , /AJMEDIA/

Eyni adlı sosial şəbəkənin sahibi olan tviter kompaniyası milyarder İlon Maskın Amerika kompaniyasının satın alınmasını başa çatdırması üçün məhkəməyə müraciət edib.
AJMEDIA ABŞ mediasına istinadla xəbər verir ki, bu barədə Delaver ştatının məhkəməsinə göndərilən iddia ərizəsində deyilir.
“İmzaladığı müqavilə artıq onun maraqlarına uyğun olmadığı üçün İlon Mask tviter və onun səhmdarları qarşısında öhdəliklərini yerinə yetirməkdən imtina edir. O, öz qərarını sərbəst şəkildə dəyişə, şirkəti məhv edə və fəaliyyətini poza biləcəyini güman edir”, – deyə iş üzrə cavabdeh olan “X Holdings” kompaniyasının iddia ərizəsində bildirilir.
İndi məhkəmə sosial şəbəkə rəhbərliyinin saxta hesabların və kütləvi poçt göndərişləri üçün istifadə edilən qeydiyyatların nisbəti ilə bağlı lazımi məlumat vermədiyi üçün İlon Maskın tviter ilə birləşmə müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququnun olub-olmadığını müəyyən etməlidir. Sövdələşməyə xitam veriləcəyi təqdirdə sahibkar kompaniyaya 1 milyard dollara yaxın təzminat ödəməlidir.
Xatırladaq ki, aprel ayında tviter kompaniyası İlon Maskın sosial şəbəkəni 44 milyard dollara satın almaq istədiyini bildirmişdi.
“Bloomberg” agentliyinin məlumatına görə, “Tesla” və “SpaceX” kompaniyalarının sahibi İlon Mask 214 milyard dollar sərvətlə dünyanın ən varlı adamlarının siyahısına başçılıq edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts