Türkiyənin “Türksat 5B” peyki orbitə buraxılıb

Tokio, 19 dekabr, /AJMEDIA/

Türkiyənin yeni “Türksat 5B” telekommunikasiya peyki kosmosa uğurla buraxılıb.

AJMEDIA xəbər verir ki, Trend-in məlumatına görə, buraxılış Türkiyə vaxtı ilə saat 06:58-də ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən bazadan (Cape Canaveral Kosmik Qüvvələr Stansiyası, CCSFS) həyata keçirilib.

Kosmik gəmi orbitə Space X Falcon 9 daşıyıcı aparatı ilə çıxarılacaq.

“Türksat” 5B peyki “Türksat” peyk donanmasının ən güclüsü olacaq.

Peyk Avropanın “Airbus D&S” korporasiyası tərəfindən yaradılıb və kateqoriyasına daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts