Tehranda Ulu Öndərin doğum gününə həsr olunan şahmat turniri keçiriləcək

Tokio, 7 may , /AJMEDIA/

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə mayın 10-da Tehrandakı diplomatik nümayəndəliklərin iştirakı ilə beynəlxalq şahmat turniri təşkil olunacaq.
AJMEDIA xəbər verir ki, turnirdə BMT-nin İran nümayəndəliyində, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Tehrandakı mənzil-qərargahında çalışan əməkdaşlar, eləcə də Türkiyə, Polşa, Fransa, Macarıstan, Rusiya, Keniya, Filippin və digər ölkələrin İrandakı səfirliyində işləyən diplomatları iştirak edəcəklər.
Beynəlxalq şahmat turniri İsveçrə sistemi üzrə keçiriləcək və yarışın qalibləri xüsusi mükafatlarla təltif ediləcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts