Taxıl sazişi çərçivəsində Ukraynadan ilk gəmi Odessadan yola düşüb

Tokio, 1 avqust , /AJMEDIA/

Taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi bu gün saat 09:30-da Livana getmək üçün Odessa limanından yola düşüb.
AJMEDIA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Syerra-Leone bayrağı altında üzən “Razoni” adlı quru yük gəmisi Livana doğru hərəkət edəcək. İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts