Tarixdə ən böyük raket uçuşa icazə gözləyir

Tokio, 12 aprel , /AJMEDIA/

“SpaceX” Amerika kosmik şirkəti “Starship” yeni super ağır daşıyıcı raketin ilk sınaq uçuşunun həyata keçirilməsinə hazır olduğunu elan edib. Raketin kosmik fəzaya buraxılması aprelin 17-nə planlaşdırılıb, lakin “SpaceX” əvvəlcə raketin uçusu üçün ABŞ Federal Mülki Aviasiya İdarəsindən (FAA) icazə almalıdır.
AJMEDIA xəbər verir ki, Texasda start meydançasında quraşdırılmış “Starship” raketi Ay və Marsa uçuşlar üçün hazırlanır. Daşıyıcı raketin ikinci pilləsi yük və insanların daşınması üçün nəzərdə tutulan kosmik gəmidir (“Starship” adlandırılır). Raketin birinci pilləsi (Super Heavy) 33 ədəd “Raptor 2” mühərriki ilə təchiz olunub.
İlk orbital buraxılış planı, raketin buraxılmasından qısa müddət keçdikdə pillələrin ayrılmasından sonra Super Heavy gücləndiricisinin Meksika körfəzində yumşaq bir şəkildə eniş etdiyini, “Starship” gəmisinin isə orbitə çatacağını, sonra Yer atmosferinə girəcəyini, ancaq Sakit okeanda, Havay arxipelaqının şimalında suya düşəcəyini nəzərdə tutur.
Sınaq plana uyğun keçərsə, “Starship” dünyanın ən böyük və ən güclü işləyən raketi olacaq və bu titulu ilk dəfə 2022-ci ilin noyabrında buraxılan super ağır NASA SLS super güclü daşıyıcı raketdən alacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts