Şəhriyar Məmmədyarov “Tata Steel Masters” turnirinin sonuncu turunda Fabiano Karuana ilə qarşılaşacaq

Tokio, 30 yanvar, /AJMEDIA/

Yanvarın 30-da Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin sonuncu turunun oyunları keçiriləcək.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 13-cü turda ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşacaq.

Qeyd edək ki, 12 turdan sonra Ş.Məmmədyarov 7,5 xalla macarıstanlı Riçard Rapport ilə 2-3-cü pillələri bölüşür.

Turnir cədvəlinə 8,5 xalla hazırkı dünya çempionu norveçli Maqnus Karlsen başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts