Rumıniyada Ümummilli Liderin əziz xatirəsi yad olunub

Tokio, 28 oktyabr , /AJMEDIA/

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Alba Yuliya şəhərinin “1 dekabr 1918″ Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər çərçivəsində təntənəli mərasim keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə çıxış edən ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfov Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq bu ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsindən bəhs edib və il ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq ölkədə və xaricdə çoxsaylı tədbirlərin, konfransların təşkil edildiyini söyləyib. Ümummilli Lider Heydər Əliyevin bir dövlət xadimi və dahi şəxsiyyət kimi müasir Azərbaycanın qurulmasında əvəzsiz xidmətlərindən danışan diplomat, onun həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxsiyyət olduğunu deyib, Ulu Öndərin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə belə, ideoloji əngəllərə baxmayaraq Azərbaycan xalqının mənafeyini hər zaman müdafiə etdiyini diqqətə çatdırıb.

Eyni zamanda, Azərbaycan-Rumıniya əlaqələrindən söz açan səfir 30 ildən artıqdır ki, diplomatik, siyasi və iqtisadi əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, ölkələrarası strateji tərəfdaşlığın dərinləşdiyini və strateji əhəmiyyət kəsb edən regional layihələrin həyata keçirildiyini qeyd edib.

Sonda tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib, fotosərgi təşkil olunub, tədbir iştirakçılarına nəşrlər təqdim edilib və ziyafət verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts