“R(eco)nstruct Tourism” layihəsi çərçivəsində onlayn görüş keçirilib

Tokio, 30 yanvar, /AJMEDIA/

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Fransanın Dordogne Kənd Təsərrüfatı Ticarət Palatasının birgə həyata keçirdiyi “R(eco)nstruct Tourism” layihəsi çərçivəsində onlayn görüş olub.

AJMEDIA xəbər verir ki, ASK-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Fransa tərəfindən seçilmiş ümumilikdə 20 şirkətin təqdimatları dinlənilib, iştirakçılara layihənin növbəti addımları təqdim edilib.

Qeyd edək ki, layihənin hədəfi turizm sektorunda KOB-ların dayanıqlı, innovativ turizm təklifləri hazırlamaq və brendlərini milli və beynəlxalq səviyyədə tanıdarkən hər iki ölkənin şirkətləri ilə biznes imkanlarını inkişaf etdirmək üçün potensialını gücləndirməkdir.

Layihə “EU4Business: şirkətləri birləşdirən Avropa əməkdaşlıq proqramı”nın bir hissəsidir.

Layihənin məqsədi davamlı təcrübə mübadiləsi vasitəsilə kənd turizmi biznesini gücləndirməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts