Rəsmi Kiyev Baxmutun işğalı barədə məlumatı təkzib edib

Tokio, 3 aprel , /AJMEDIA/

Rəsmi Kiyev Rusiya tərəfinin Baxmut şəhərini işğal etməsi barədə yaydığı məlumata aydınlıq gətirib.
AJMEDIA xəbər verir ki, Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak teleqram səhifəsində Baxmutun işğal olunduğunu təkzib edib. “Baxmut Ukraynadır. Reallıqda olmayan “qələbə” uyduranların saxtakarlığına sakit reaksiya verin”, – deyə Yermak yazıb.
Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun spikeri Sergey Çerevatı isə açıqlamasında bildirib ki, Ukrayna ordusu Baxmutda müdafiəni davam etdirir. Rusiya ordusu şəhəri işğal etməkdən uzaqdır. O, döyüşlərin şəhər administrasiyası binasının yaxınlığında getdiyini deyib.
Qeyd edək ki, Rusiyanın “Vaqner” silahlı qrupun rəhbəri Yevgeni Priqojin Baxmut şəhərini hüquqi cəhətdən tutduqları barədə açıqlama verib. Bildirib ki, Baxmut şəhər Administrasiyasının binasından Rusiya bayrağını asmağa hazırlaşırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts