Qeyri-qanuni qızıl hasilatı Kolumbiyanın ekosistemini məhv edir

Tokio, 13 sentyabr , /AJMEDIA/

Kolumbiya tərəfindən ixrac edilən qızılın 85 faizi qeyri-qanuni məhsuldur.
AJMEDIA xəbər verir ki, bu barədə Kolumbiyanın Baş Nəzarət İdarəsinin son hesabatında deyilir.
Kolumbiyada qızılın qanunsuz hasilatı çayları zəhərləyir, meşələri və ekosistemi məhv edir.
Baş Nəzarət İdarəsinin məlumatına görə, hər gün təqribən 500 hektar meşə bu əməlin qurbanına çevrilir ki, bu sahə də 1000 futbol stadionuna bərabər tutulur.
Ölkə ekoloqlarının fikrincə, Kolumbiya “ekoloji qırğın” yaşayır. Dünyada ən iri bioloji müxtəlifliyin mövcud olduğu ölkələrdən birində meşəsizləşmənin digər səbəbləri iribuynuzlu mal-qaranın nəzarət olunmayan şəkildə saxlanması, qanunsuz əkin və aqrobiznesdir.
2002-ci ildən 2021-ci ilədək olan dövrdə qızılın qiyməti həddən çox – 439 faiz artıb. 2020-ci ildə – pandemiyanın qızğın çağında isə qızılın qiyməti tarixi maksimuma çatıb. Almaniyanın bazar və istehlak məlumatları üzrə ixtisaslaşan “Stadista” şirkətinin hesablamalarına görə, Kolumbiya qızıl istehsal edən ölkələrin siyahısında 18-ci yerdədir, lakin dünya üzrə ən yüksək qeyri-leqallıq səviyyəsi buradadır.
Kolumbiyanın mədənçıxarma assosiasiyasının məlumatına görə, ölkə rəsmi şəkildə 2020-ci ili 47,6 ton qızıl hasilatı ilə başa vurub ki, bu da 2019-cu ildəki 36,67 tondan 29,9 faiz çoxdur. Bu, təkcə qeydə alınan qanuni qızıla aid edilir.
Qızılın qeyri-qanuni hasilatı yeni hadisə olmasa da, ekosistemə getdikcə daha çox təsir göstərir. İri torpaqqazan maşınlar və ekskavatorlar qızıl olan sahələrdə çaylardan çöküntüləri sorub çıxarır, daha sonra qızılı ayırmaqdan ötrü çöküntüyə civə kimi zəhərli və qadağa olunmuş maddələr qatırlar. Qızıl ayrılandan sonra civə çaylara qaytarılır və qarşısına çıxan hər şeyi məhv edir. Qida zəncirlərində vurulan ziyan çox böyükdür, çünki civə bitkilər və balıqlarla yanaşı suda qalmaqda davam edir. Yerli sakinlər və Amazoniya kəndliləri çay kənarında yaşayan icmalardır ki, onların əsas qidası da balıqdır.
Ölkə hökuməti artıq bundan əvvəlki hökumətlərin strategiya mövzusu olmuş bu kirli prosesə son qoymaq strategiyasını inkişaf etdirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts