Qazaxıstan əfqan qadınları üçün tranzit dəhliz yaradıb

Tokio, 27 Oktyabr, /AJMEDIA/

Qazaxıstan əfqan qadınları üçün Almatı hava limanı vasitəsilə tranzit dəhliz yaradıb.

AJMEDIA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tranzit beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində üçüncü ölkələrə növbəti uçuş üçün Almatı hava limanı vasitəsilə həyata keçirilib.

Qazaxıstanın humanitar sahədə beynəlxalq öhdəliklərinə sadiqliyini rəhbər tutan ölkə başçısı əfqan qadın hakimlər və parlamentarilər, habelə onların ailə üzvləri üçün tranzit dəhlizinin ayrılması barədə qərar qəbul edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts