Tokio, 17 avqust , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Qaradağ rayonunda yazıçı-publisist, ictimai fəal, tarixi romanlar müəllifi YUNUS OĞUZLA görüş keçirildi.
2023-cü ilin avqustun 15-də YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Azərbaycanın Bütövlüyü Uğrunda” İctimai Birliyinin sədri Yunus Oğuzla bir qrup gəncin görüşü təşkil olunub. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş bu seminarın əsas mövzusunu “Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” təşkil etmişdir. Dəyirmi masada Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının əməkdaşları, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektorunun əməkdaşları, Heydər Əliyev Mərkəzinin əməkdaları, bu il ali məktəblərə qəbul olunmuş gənclər və yuxarı sinif şagirdləri, rayon ərazisində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və başqa gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib. Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Dəyirmi masanı açıq elan edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qeyd edib ki, Heydər Əliyev ili çərçivəsində rayonda müxtəlif mövzularda hər həftə dəyirmi masalar, konfranslar, ədəbi-bədii gecələr, inllektual oyunlar və s. keçirilir və nüfuzlu ziyalılar, ictimai-siyasi xadimlər, yazıçılar və alimlər həmin tədbirlərə qonaq qismində dəvət olunurlar. Bugünkü dəyirmi masanın qonağı isə tanınmış ictimai-siyasi xadim, publisist və jurnalist, tarixi romanlar müəllifi Yunis Oğuzdur. YAP sədri Yunis Oğuzun geniş və hərtərəli ictimai-siyasi, bədii və publisistik fəaliyyəti ilə əlaqədar çıxış etmək üçün sözü gənc Səbinə Şirinzadəyə verib. Səbinə Şirinzadə Yunis Oğuzun yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqda geniş məlumat verib. Daha sonra söz “Azərbaycanın Bütövlüyü Uğrunda” İctimai Birliyinin nümayəndəsi Ədil Ədilova verilib. Ədil Ədilov isə qeyd edib ki, 1994-cü ildən yaradılan və bu günə qədər də uğurla fəaliyyət göstərən bu ictimai birlik tərəfindən icra olunan son layihə Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın Bütövlüyü Uğrunda ” İctimai Birliyi tərəfindən Bakının 4 rayonunda icra olunan “Vətən Müharibəsinin təbliğində və vətənpərvərlik tərbiyəsində ictimai rolun artırılması istiqamətində tədbirlərin təşkili” adlanır. O, bu tədbirin təşkilinə verdiyi dəstəyə görə YAP Qaradağ rayon təşkilatına, Qaradağ rayon İcra Hakimiyətinə, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektorunun məsul əməkdaşlarına, Qaradağ rayon Heydər Əliyev mərkəzinin əməkdaşlarına təşəkkürünü bildirib. Sonra söz yazıçı-publisist Yunis Oğuza verilib. Yazıçı Yunis Oğuz Ulu öndər Heydər Əliyev gənclərimizin vətənpərvərlik tərbiyəsinə daim diqqət yetirdiyini bildirib və bu istiqamətdə keçirilən tədbirlərə xüsusi önəm verdiyini, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilən bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri olduğunu bildirib.
Yunis Oğuz Heydər Əliyevi Mustafa Paşa Atatürk, Şarl De Qoll, Otto Bismark kimi məşhur dövlət xadimləri ilə müqayisə edərək onun müəyyən etdiyi siyasi kursun Azərbaycanön ərazi bütövlüyünü tam təmin edəcəyini əminliklə vurğulayıb. Yunis Oğuz qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev isə son 250 ildə ilk dəfə olaraq itirilmiş torpaqlarımızı 44 Günlük Vətən Müharibəsində geri qaytardı. “Mən bu hadisələrdən bəhs edən iki roman:”Ovçu” və “”Cığır” romanlarını yazmışam”.-deyən Yunis Oğuz “Cığır” romanının ideya və sujet xəttindən bəhs edib və romanı oxumağı iştirakçılardan xahiş edib. Tədbirin sonunda yazıçının “Cığır” romanının 60-a qədər nüsxəsi pulsuz olaraq avtoqraf yazılmaqla gənclərə paylanılıb.
Sonda xatirə şəkli çəkilib.