“Qarabağ”ın futbolçusu Marko Yankoviç “Gent”lə oyunu buraxacaq

Tokio, 20 fevral , /AJMEDIA/

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda “Qarabağ”ın zədələnmiş futbolçusu Marko Yankoviç həkim müayinəsindən keçib.
AJMEDIA Ağdam təmsilçisinə istinadla xəbər verir ki, müayinənin nəticəsinə görə, oyunçunun sol baldır əzələsində ikinci dərəcəli yırtılma aşkar edilib.
Həkimlərin rəyinə əsasən, M.Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, “Gent”–“Qarabağ” oyunu fevralın 23-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi qələbə qazanıb – 1:0.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts