“Qalatasaray”ın yeni transferi nömrə seçimini zəlzələ qurbanının xatirəsinə həsr edib

Tokio, 9 fevral , /AJMEDIA/

İstanbulun “Qalatasaray” futbol klubunun yeni transferi Nikolo Zaniolo komandada 17 nömrəli formada çıxış edəcək.
AJMEDIA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçu bu nömrəni Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində həlak olan 17 yaşlı “Qalatasaray” azarkeşi Muhammed Emin Özkanın şərəfinə seçib.
O, Türkiyəyə gələr-gəlməz zəlzələdən zərərçəkənlər üçün “Nef” stadionunda yardımların qablaşdırılmasına və daşınmasına kömək edib.
Qeyd edək ki, “Qalatasaray” klubu İtaliya millisinin üzvü ilə 2027-ci ilədək müqavilə imzalayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts